YAZILI VƏ ŞİFAHİ TƏRCÜMƏ XİDMƏTLƏRİ

BİZ AŞAĞIDAKİ DİL BİRLİKLƏRİNDƏ YAZILI VƏ ŞİFAHİ TƏRCÜMƏ XİDMƏTLƏRİNİ TƏKLİF EDİRİK:

AZƏRBAYCAN DİLİ – İNGİLİS DİLİ

RUS DİLİ – İNGİLİS DİLİ

İSPAN DİLİ – İNGİLİS DİLİ

TÜRK DİLİ – İNGİLİS DİLİ

SƏNƏDLƏRİN SERTİFİKATLI TƏRCÜMƏSİ

Sertifikatlı tərcümə sözbəsöz tərcümə olunmuş rəsmi sənəddir. Bu sənədə düzgün, dəqiq və tam tərcümə olduğunu göstərən və tərcüməçinin imzası ilə təsdiq edilmiş sertifikat əlavə olunur. Bizim tərcüməçi şirkət, Universal Interpreters, sürətli icra müddətləri ilə, ən dəqiq sertifikatlı tərcümələri təklif edir.

• Peşəkar Tərcüməçi tərəfindən rəsmi sənədin tərcüməsi və təsdiqi
• 24 saat ərzində icra
• USCIS (İMMİQRASİYA), Dövlət Departamenti və digər dövlət qurumları tərəfindən 100% qəbul olunur
• Sözbəsöz Dəqiq Tərcümə
• Notarial Qaydada Təsdiq Olunmuş Yazılı Tərcümələr Mövcuddur

Tərcümə etdiyimiz SƏNƏDLƏR

• Tam və natamam təhsil haqqında diplomlar, diplomlara əlavələr
• Doğum, ölüm, nigah, boşanma, ad dəyişikliyi, hərbi xidmət haqqında və başqa növ şəhadətnamələr
• Məhkəmə proseslərində və dövlət orqanlarında sübut kimi istifadə ediləcək Yazılı Bəyanatlar və Şahidlik ifadələri.
• Tibbi arayışlar və digər rəsmi sənədlər

KALİFORNİYA ŞTATININ ƏRAZİSİNDƏ İCAZƏ OLUNMUŞ NOTARİUS XİDMƏTLƏRİ

Mən lisenziyalı vəkil deyiləm və immiqrasiya və ya hər hansı digər hüquqi məsələlərlə bağlı hüquqi məsləhət verə bilmərəm və ya hüquqi məsləhət üçün ödənişlər qəbul edə bilmərəm.

İMMİQRASİYA (USCİS) İNTERVYULARI

SIĞINACAQ MÜSAHİBƏSİNDƏ (ASAYLIM İNTERVYU) TƏRCÜMƏÇİ

Sığınacaqla bağlı intervyunuzda bu işdə təcrübəsi olan, sığınacaq müsahibələrində işləmiş peşəkar tərcüməçi işə götürün. Peşakar tərcüməçi sizin ABŞ-da qanuni immiqrasiya statusu (qrinkart) almaqda mühüm rol oynayır. Səhv tərcümə olunmuş və yaxud tərcümə olunmamış sözlər işinizin rədd edilməsinə və qaçqınlıq müraciətinizin immiqrasiya məhkəməsinə göndərilməsinə səbəb ola bilər. ABŞ İmmiqrasiya Məhkəmələri hər il küllü miqdarda sığınacaq muraciətləri qəbul edir. İmmiqrasiya məhkəməsində işin baxılması və qrinkartın təsdiqlənməsi 10 (on) ilə qədər çəkə bilər. Bu arada yüksək maaşlı ofis işinə düzəlmək imkanı az olacaq, dövlət tərəfindən maliyyələşdirilən tibbi sığorta kimi ictimai müavinətlərdən və ölkədən kənara səyahət etməkdən məhrum olacaqsınız.
İngilis və xarici dildə sərbəst danışan hər kəs sığınacaq müsahibəsində tərcümə edə bilər. Lakin bu o demək deyil ki, hər kəs yaxşı tərcüməçi ola bilər. Peşəkar tərcüməçi müəyyən bacarıqlara və təhsilə malik olmalıdır. Bizim tərcümə şirkətimiz (Universal Interpreters) son 15 il ərzində bir çox mühacirlərə asaylım intervyusundan keçməkdə və status almaqda yardımçı olub. Yəni asaylım intervyusunda tərcüməçi olduğumuz şəxslərin 90% intervyudan keçib və status alıb. İntervyu zamanı bütün deyilənləri tam və dürüst tərcümə edirik, yəni deyilənlərə heç bir dəyişiklik/düzəliş/əlavə etmirik. Həmçinin, intervyu zamanı əldə olunan məlumatların məxfiliyini təmin edirik.
Sığınacaqla bağlı müsahibənizdə dostunuzdan və ya ailə üzvündən tərcümə etməyi xahiş etmək yaxşı fikir deyil. Həyatınızla bağlı məmura açıqlamalı olduğunuz müəyyən faktlar və təfərrüatlar olacaq ki, dosta və ya qohuma bunları açıqlamaq rahatsız olar.
Yeminli məhkəmə tərcüməçisi,
Cəmilə Del Mistro

QİYMƏTLƏR

ödənişi Zelle və Venmo ilə qəbul edirik

Təsdiq Edilmiş Tərcümə

Immiqrasiya, hüquqi və başqa rəsmi məqsədlər üçün nəzərdə tutulmuş.

$60BIR SƏHIFƏ

iki və daha çox səhifə

HƏR SƏHIFƏ$50

Şifahi Tərcümələr

SAATLIQ ÖDƏNİŞ

Təfsir növündən asılı olaraq dəyişir
Təklif etdiyimiz Tərcümə Növləri
Şəxsən:
Onlayn:

QİYMƏT İSTƏYİN